Ürək Dağı kitap kapağı Dijital kitaplık

Ürək Dağı Gülər Əlvanqızı PDF

Gülər Əlvanqızı

4 görüntülenme 0 indirme
Yayınevi
GÜLNAR YAYINLARI
Sayfa Sayısı
162
ISBN
9786257536738
Dil
Türkçe
Yayın Tarihi
2021-12-22
YENİ BİR DÜNYANIN KAPISINI ARALA

Kitap Hakkında

Ürək dağı Ürəyimdə bu dünyanın bir dağ yüklü dağı var! Yeddi rəngli möcüzənin həm qarası, ağı var! Arxasızın, kimsəsizin nə solu, nə sağı var. Varmı görən xoş sabahı, sevinc dolu novrağı? Dözülməz bir ağrı, sitəm, nə çətin ürək dağı?! Dolu-dolu xatirələr ürəyimdən keçərlər. Hər payızda qaranquşlar dəstə-dəstə köçərlər. Deyirdilər yar yolunda axı candan keçərlər Mənmi duya bilməyirəm, nədən gəlmir sorağı? Dözülməz bir ağri, sitəm, nə çətin ürək dağı?! Qarlar yağar dayanmadan ürəyimə yaz-bahar. Günəş qalxar yuksəklərdən alov saçar, nur saçar. Sevənlərin bağçasında min bir rəngli gül açar Əlçatmaz bir ümman kimi sevgimizin oylağı Dözülməz bir ağrı, sitəm, nə çətin ürək dağı?! Necə dağdır, yaxşı bilər ürək dağı görənlər. Qəlbi dağ tək böyük olar eşqdən sevgi dərənlər. Açıq gözlü, ayıq olar qəlb sirrinə ərənlər Dünya gözəl, həyat gözəl, ömrümün gözəl çağı! Bəzən yaşam gücümüzdür çəkilən ürək dağı!

Bunlar da İlgini Çekebilir

1 / 2